Millət vəkillərinin etirazları nəzərə alındı

millet-vekillerinin-etirazlari-nezere-alindi
Oxunma sayı: 1302

Ötən gün parlamentin Gənclər və idman komitəsinin iclasında "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi aparılıb. “Qafqazinfo” xəbər verir ki, qanuna təklif olunurdu ki, 53-1.5-ci maddədəki "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəzlənsin.

Həmçinin təklif edilirdi ki, idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan halqar hesabına maliyyələşir. Qeyd edək ki, əvvəllər bu səlahiyyət Gənclər və İdman Nazirliyinin tabeliyində idi. Komitə üzvləri isə səlahiyyətlərin nazirlikdən alınmasına etiraz etmişdilər.

Bu gün keçirilən plenar iclasda isə Komitə sədri Fuad Muradov bildirib ki, millət vəkillərinin etirazları nəzərə alınaraq parlament rəhbərliyinə müraciət olunub. Parlamnet rəhbərliyi də öz növbəsində qanunvericilik təşəbbüsü subyektinə müraciət edib və məsələ əvvəlki qaydada qalıb. Yəni, oyunlardan əldə olunan gəlirlərin böyük hissəsinə nəzarət nazirliyin, az qismi isə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarətinə verilib.