Millətə eşşək əti yedirdənlər

millete-essek-eti-yedirdenler
Oxunma sayı: 1744


Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  rayon Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin briqadaları, Kırşehir-Kayseri avtomobil yolunun Gölhisar hissəsində şübhələnərək dayandırılan avtomobilin yük yerində axtarış aparıblar.  Başqa bir avtomobilin də müşayiət etdiyi müəyyənləşdirilən avtomobilin yük yerində 13 eşşək olduğu görülüb. Tədqiqat zamanı Şanlıurfanın Siverek rayonundan Kırşehirə kəsilmək üçün gətirildiyi müəyyən olunan eşşəklər, rayon Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq İdarəsinə təhvil verilib. Hadisə ilə iki nəfərin ifadəsinin alındığı, müvafiq qanuna uyğun olaraq cərimələndikləri bildirilir.