“Millətin gözü qabağında şalvarını çıxarıb...”

milletin-gozu-qabaginda-salvarini-cixarib
Oxunma sayı: 4295



Martın 1-də bir qrup gəncin 28 may metro stansiyasında “şalvarsız aksiya” keçirmək istəməsinə münasibət bildirən T. Rüstəmxanlı qeyd edib ki, buna qətiyyən yol vermək olmaz: “Bizim milli-mənəvi dəyərlərimiz var. O gənclərə kim haqq verib ki, bizim milli-mənəvi dəyərlərimizi heçə sayaraq belə bir aksiya keçirsinlər? Abır-həyanı ayaqlar altına atmaq olmaz. Millət belə gənclərə tüpürər. Aksiya keçirmək istəyən daha mədəni, sivil üsullardan istifadə etməlidir. Millətin gözü qabağında şalvarlarını çıxarıb, vaqonlara şalvarsız daxil olmaq sadəcə əxlaqsızlıqdır. Hüquq-mühafizə orqanları bunun qarşısını almalı, insanlar da belə gəncləri qınamalıdır”.