Millətlər Liqasında ilk finalçı müəyyənləşdi

milletler-liqasinda-ilk-finalci-mueyyenlesdi
Oxunma sayı: 2574

UEFA Millətlər Liqasında “Dördlər finalı” start götürüb.

“Qafqazinfo” xəbər verir ki, ilk yarımfinal oyununda ev sahibi Niderland millisi Xorvatiya yığmasını sınağa çəkib.

Rotterdamda keçirilən oyun əlavə vaxta gedib və kifayət qədər məhsuldar alınıb. Altı qolun vurulduğu matçın yekununda inamlı qələbə qazanan xorvatlar finala yüksəliblər.

Digər yarımfinal matçı bu gün İspaniya və İtaliya yığmaları arasında olacaq.

“Dördlər finalı”nın həlledici oyunu iyunun 18-də keçiriləcək.

UEFA Millətlər Liqası
“Dördlər finalı”
Yarımfinal

Niderland – Xorvatiya 2:4
Qol: Doniel Malen, 34. Noa Lanq, 90+6 – Andre Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116.
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, “Feyenoord Stadionu”