Milli Dirçəliş Hərəkatının elan etdiyi müsabiqə davam edir

milli-dircelis-herekatinin-elan-etdiyi-musabiqe-davam-edir
Oxunma sayı: 693


Mövzu:
1. Azərbaycan-Türkiyə stroteji əməkdaşlığını zəruri edən şərtlər.
2. Bir millət iki dövlətdən-bir millət bir konfederativ dövlətə.
3. Bir millət iki dövlət prinsipi ilə Türkiyə və Azərbaycan arasında daha dərin inteqrasiya modelləri.
4. Dövlətçiliyimizin sütunlarından biri – Türkçülük
Yazılar Davam qezeti.com saytının info @davamqezeti.com adresinə və ya Milli Dirçəliş Hərəkatının mərkəzi qərərgahına ( ünvan- Bakı ş-ri. N.Nərimanov rayonu. M.Məmmədzadə küçəsi 5/7. Tel. 5-67-43-95 ) təqdim edilə bilər.
Müsabiqənin qaliblərini Azərbaycanda çalışan Türkiyəli müəllimlər və Azərbaycanlı müəllimlərdən ibarət münsiflər müəyyən edəcək.
Müsabiqədə 1-ci yer üçün ( 1 nəfər ) - 800 AZN;
2-ci yer üçün ( 2 nəfər ) - 500 AZN;
3-cü yer üçün ( 3 nəfər ) - 300 AZN;
mükafat veriləcək. Yazıların iyun ayının 7-nədək qəbul edilməsi nəzərdə tutulmuşdu. Müsabiqə dövrü tələbələrin imtahan zamanına təsadüf etdiyindən və çoxlu sayda tələbənin xahişini nəzərə alaraq müsabiqənin müddəti sentyabr ayının sonunadək uzadılır. (Göndərilən yazılar qüvvədədir, müəlliflər yazılarının üzərində yeniləmə apara bilərlər.)
Müsabiqəyə təqdim olunan bütün yazılar kitab halında çap olunacaqdır.
Milli Dirçəliş Hərəkatı ( MDH ) mətbuat və informasiya xidməti.