Milli geyim sərgisi- - Foto

milli-geyim-sergisi-
Oxunma sayı: 2295


“Qafqazinfo” məlumat verir ki, layihənin məqsədi Avropa Oyunları zamanı ölkəyə gələcək turistlərə milli geyimlərimiz, adət-ənənələrimiz və mədəniyyətimiz haqqında əyani təsəvvür yaratmaqdan ibarətdir.

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin, İctimai Birliyin təşkilatçılığı ilə “Park Bulvar” ticarət və əyləncə mərkəzində sərginin açılış mərasimi keçirilib.

Qeyd edək ki, layihə çərçivəsində 20-dən artıq milli qadın, kişi və uşaq geyimləri, kəlağayılar, papaqlar, milli geyimlərin təsvir olunduğu 10-dan çox tablo nümayiş olunur. Geniş kütlə üçün nəzərdə tutulan sərgiyə giriş ödənişsizdir və hər bir ziyarətçi istədiyi milli geyimdən istifadə edərək fotoşəkil çəkdirə bilər. Sərgi 2 həftə davam edəcək.