“Milli Gün” Milanda- - Fotolar

milli-gun-milanda-
Oxunma sayı: 1001


"Qafqazinfo"ya Fonddan verilən məlumata görə, Azərbaycan mədəniyyətinin yerli sakinlər və pavilyona digər ölkələrdən gələn qonaqlara tanıdılması proqramı “Milan Expo” ərazisindəki Auditorium zalında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin iştirakı ilə konsert proqramı ilə başlayıb. Orkestrin bədii rəhbəri, dirijor Teymur Göyçayevin idarəçiliyi ilə keçən konsertdə xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, əməkdar artistlər Afaq Abbasova, Nigar Şabanova, gənc skripkaçı Elvin Qəniyev çıxış edib.

Daha sonra konsert proqramı Azərbaycan milli pavilyonu qarşısında “Natiq” ritm qrupunun ifasında milli ritmlərin təqdimatı ilə davam edib. Burada, həmçinin xalq artisti Afaq Məlikovanın bədii rəhbərliyi ilə Dövlət Rəqs Ansamblının çıxışı olub. Azərbaycan musiqisi və rəqsləri pavilyona gələn yüzlərlə ziyarətçinin böyük marağına səbəb olub. Meydana toplaşanlar da milli musiqi sədaları altında rəqs ediblər. Ziyarətçilər eyni zamanda milli pəvləvanlarımız-Haldun Loğmanov və Seyhun Loğmanovun çıxışını izləyiblər. Yüzlərlə izləyici incəsənət ustalarımızın çıxışını “Azərbaycan” deyərək alqışlarla qarşılayıblar.

Azərbaycan pavilyonunda, həmçinin milli mətbəxin və muğam musiqimizin təqdimatı olub. Xanəndələr Arzu Əliyeva və İlkin Əhmədov Azərbaycanın milli musiqi incisi, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısıma daxil edilmiş muğam sənətindən ifa ediblər.

Pavilyonun terrasında təşkil olunan muğam gecəsində qonaqlar Azərbaycan milli mətbəxinin ləziz təamlatından dadmaq imkanı da əldə ediblər.

Pavilyondakı “IDEA-Biomüxtəliflik parkında” quraşdırılan monitorda izləyicilərə Azərbaycan haqqında və ölkəmizin bu günlərdə ev sahibliyi etdiyi “Bakı 2015” birinci Avropa Oyunları barəsində video çarxlar nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan milli pavilyonuna mayın 1-dən etibarən 1 milyondan çox ziyarətçi gəlib.