Milli karyerasını başa vurdu - “Anamı seçdim”

milli-karyerasini-basa-vurdu
Oxunma sayı: 3221

İran millisinin ulduz futbolçusu Sərdar Azmun milli karyerasını başa vurub.

“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı futbolçu bu addımı anasına görə atdığını bildirib.

“Rubin” klubunun üzvü çətin seçim qarşısında qaldığını da sözlərinə əlavə edib:

“Milli komandada oynamaq mənim üçün şərəf idi. Həyatımın qalan hissəsində bununla qürur duyacam. Təəssüf ki, iradəmə qarşı çıxaraq milli komandaya vida etmək qərarına gəldim. Bunun da səbəbi var. Anam ağır xəstədir. Seçim qarşısında idim milli, yoxsa anam? Anamı seçdim”.