Milli komandamız Maltadan 1 xalla qayıdır - Yenilənib+Video

milli-komandamiz-maltadan-1-xalla-qayidir
Oxunma sayı: 1922

“Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması da növbəti matçına çıxacaq.

Robert Prosineçkinin komandası səfərdə qrupumuzun autsayderi Maltanın qonağı olacaq. Bakıdakı görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn komandamız eyni uğuru səfərdə də təkrarlamağa çalışacaq.

Son oyunda Bakıda Xorvatiya ilə 0:0 bərabərə qalan millimiz bu görüşün favoriti hesab olunur. Lakin aktivində cəmi 1 xalı olan Malta da doğma azarkeşləri önündə sərfəli nəticə qazanmaq niyyətindədir. Maltanın yığmamıza necə müqavimət göstərəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Malta - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

***

Oyunun 37-ci dəqiqəsində millimizin üzvü Rahid Əmirquliyev rəqib komandanın qapısına qol vurdu, hesab 1:0.

***

Oyunun 55-ci dəqiqəsində rəqib komandanın üzvü Mifsud millimizin qapısına qol vurdu, hesab1:1. 

***

Oyunun 70-ci dəqiqəsində Malta yığmasının futbolçusu Effionq millimizin qapısına qol vurub. Hesab,2:1.

***

Azərbaycan-Malta qarşılaşmasında millimizin üzvü Rahid Əmirquliyev rəqib komandanın qapısına qol vurdu, hesab 2:2.

"Avro-2016"nın seçmə mərhələsi, 8-ci tur

21:00. Malta - Azərbaycan - 0:1 (Birinci hissə) 

Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Ştaudinger, Andreas Haydenrayx (hamısı Avstriya)

Ta Qali Milli Stadionu.

Malta: Hogg, Aleks Muskat, Agius, Borg, Kamilleri, Failla, Briffa, Roven Muskat, Mifsud (k), Şembri, Effionq

Ehtiyat oyunçular: Bonello, Haber, Baldacchino, Zerafa, Sciberras, Klude Borg, Kristensen, Zaç Muskat, Kohen, Triganza Vella, Pisani

Azərbaycan: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Arif Daşdəmirov,  Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Tağıyev, Əfran İsmayılov, Ruslan Qurbanov, Dmitri Nazarov

Ehtiyat oyunçular: Aqil Məmmədov,  Səlahət Ağayev,Məhəmməd Qurbanov, Pavel Paşayev,  Ruslan Abışov, Tərlan Quliyev, Rəşad Sadiqov, Araz Abdullayev, Eddi İsrafilov,  Rauf Əliyev, Vüqar Nadirov, Elnur Cəfərov

“Qafqazinfo”