Milli komandanın futbolçuları cəzalandırıldı

milli-komandanin-futbolculari-cezalandirildi
Oxunma sayı: 635

Qol.Az-ın məlumatına görə, buna AÇ-2012-nin "play-off" mərhələsinin Çernoqoriya ilə keçirilən cavab qarşılaşmasından sonra futbolçuların yanlış sevinmələri səbəb olub.

Səfərdə keçirilən həmin görüşdə 1:0 hesabı ilə qalib gələn Çexiya millisinin futbolçuları bunun sevincini yaşayarkən sabiq çexiyalı hücumçu Radeka Drulyakanın ünvanına təhqiredici sözlər işlədiblər.

Çexiya milli komandasının kapitanı Tomaş Rosiçki bununla bağlı Drulyakadan üzr istəsə də bu, Çexiya milisinin oyunçularını cəzadan xilas etməyib. ÇFF millinin futbolçularını 16 min dollar məbləğində cəzalandırıb.

Qeyd edək ki, Çexiya millisi Çernoqoriya ilə keçirdiyi "play-off" oyunlarının nəticəsinə görə (2:0, 1:0) Ukrayna və Polşada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanıb.