Milli Məclis 28 apreldə toplanır

milli-meclis-28-aprelde-toplanir
Oxunma sayı: 1218


“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə 15- dən artıq məsələ daxil edilib.  “Bələdiyyələrin etik davranış kodeksi haqqında” və “ Kənd təsərrüfatı informasiya təminatı haqqında” qanun layihələri plenar iclasda ikinci oxunuşda müzakirə ediləcək. O cümlədən Müdafiə və təhlükəsizlik komitəsi tərəfindən Milli Məclisin plenar iclasına təqdim edilmiş “ Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik ediləcək. 

Günel Türksoy