Milli Məclis İlham Əliyev və xanımını təbrik edib

milli-meclis-ilham-eliyev-ve-xanimini-tebrik-edib
Oxunma sayı: 3817

Milli Məclis 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

“Qafqazinfo”nun məlumatına görə, parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından 28 May - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərilsin.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.