Milli Məclis Qüdrət Həsənquliyevin məsələsinə baxacaq?

milli-meclis-qudret-hesenquliyevin-meselesine-baxacaq
Oxunma sayı: 6169

Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Eldar İbrahimov Prezidentin köməkçisi Hikmət Hacıyevin millət vəkili Qüdrət Həsənquliyevin fikri ilə bağlı məsələnin Milli Məclis tərəfindən baxılması təklifinə münasibət bildirib.

E. İbrahimov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, İntizam Komissiyası daxil olmuş materiallar əsasında araşdırma aparır və bundan sonra komissiya üzvləri bir araya toplaşır: “Hazırda bu məsələ ilə bağlı göstəriş yoxdur. Bundan əlavə, İntizam Komissiyası parlamentdaxili məsələlərə baxır. Deputat azad adamdır. Əgər kiminsə fikrini araşdırmaqla bağlı bizə məlumat daxil olarsa, yığışıb baxa bilərik. Mənim hazırda heç nədən xəbərim yoxdur. İntizam Komissiyası özbaşına deyil ki?!”

Günel Türksoy