“Milli Məclis selfi çəkmək yeri deyil”

“Milli Məclis selfi çəkmək yeri deyil”
Oxunma sayı: 1887

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov da müxalifətin 19 oktyabr mitinqdən danışıb.

“Qafqazinfo”nun məlumatına görə, o, çıxışında mitinq təşkilatçılarını sərt tənqid edib.

“Bu illər əzində doğrudanmı sizdə inkişaf yoxdur? Bu illər ərzində nə işlə məşğul olmusunuz? Əşi, Azərbaycan kosmik dövlətdir. Ölkədə bir sıra beynəlxalq yarışlar yüksək səviyyədə keçirilib. Ölkədə Qoşulmama Hərəkatına üzv olan dövlətlərin toplantısı olacaq. Vacib idimi belə bir vəziyyətdə siz metronun yanında qarışıqlıq yaradasınız? Azərbaycan vətəndaşı öz dövlətçiliyinə qarşı bu qədərmi asi kəsilər? Mən başa düşürəm ki, sizin sifarişçiləriniz var. Siz onları yerinə yetirməlisiniz. Amma siz Azərbaycan vətəndaşısınız. Azərbaycan bundan sonra da lap güclü şəkildə inkişaf edəcək.

Qanunvericilikdə də mitinqin keçirilməsi yerləri ilə bağlı məhdudiyyət var. Sən kimsən hakimiyyət üstünə gedəsən? Bizə Avropadan çağırışlar var. Əvvəla, bizlə diktəylə danışmayın. Siz gedin Londonda, Barseolonada olan biabırçılıqları araşdırın. Sonra bizlə söhbət edərsiniz. Dəfələrlə demişik ki, bizimlə diktə dilində danışmayın. Biz Azərbaycan dövlətçiliyini, İlham Əliyevi göz bəbəyi kimi qoruyacağıq. Bu dövlətin fundamenti 12 ballıq zəlzələyə hesablanıb, 13-cüsü yoxdur. Əli Kərimlinin keçmişini hamı bilir. Heç olmasa gənclərə yazığınız gəlsin”- deyə Z. Əsgərov vurğulayıb.

Birinci vitse-spiker çıxışında Fazil Mustafanın müsahibəsinə də toxunub. “Bütün millət vəkillərinin çıxışları, səsləri burada yazılır. Kim istəsə, götürüb paylaşa bilər. Siz gəlib burada selfi çəkdirib özünüzü reklam etmək istəyirsinizsə, bu, sizin probleminizdir. Bura selfi çəkmək yeri deyil. Bura qanunverici orqandır. Həm də deyir ki, müxalifət ciddi tənqid edirsə, buna dözmək lazımdır. Bəyəm iqtidarın cavab vermək hüququ yoxdur ki? Bu qədər təhqir olmaz. Özü də Fazil Mustafa o deputatlardandır ki, televiziyaların efirindədir. Bütün günü sosial şəbəkələrdədir. Fikirlənizdə belə məsələlərə münasibət bildirin”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi