Milli Məclis Türkiyə parlamentinə məktub göndərdi

milli-meclis-turkiye-parlamentine-mektub-gonderdi
Oxunma sayı: 1714

Azərbaycan Milli Məclisi Türkiyə parlamentinə təbrik məktubu göndərib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, spiker Sahibə Qafarova parlamentin bugünkü iclasında bildirib ki, Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100-cü ildönümü münasibətilə dünən Milli Məclis adından TBMM-ə təbrik ünvanlanıb: “Dünən axşam Türkiyə parlamentinin sədri ilə telefonla da danışdım. Türkiyəli həmkarlarımızı Milli Məclis adından təbrik etdim”.