Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, deputatlar iclasda 10 məsələni müzakirəyə çıxaracaqlar. Bunlar Şəhərsalma və Tikinti Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Məhkəmə-Hüquq Şurası haqqında", "Pasportlar haqqında, "Telekommunikasiya haqqında", "Dini etiqad azadlığı haqqında" qanunlara ediləcək dəyişikliklərdir. Həmçinin iclasda "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər