“Qafqazinfo” xəbər verir ki, o, baş nazirin qapısının həmişə deputatların üzünə açıq olduğunu vurğulayıb.
Daha sonra Z.Oruc məmurlara xəbərdarlıq edib. Bildirib ki, məmurlar təriflərə aludə olmasınlar:
“Təriflərə həddən artıq aludə olanlar unutmasınlar ki, cənab prezident 2013-cü ildə komandasını əsaslı şəkildə dəyişib. Ən azı iki nazir yenisi ilə əvəzlənib”.
Z.Oruc metro ticarəti ilə bağlı da danışıb: “Sahibkarların üzləşdiyi bu problemlər, onların işlədiyi durum prezidentə olduğu kimi çatdırılsa, bu belə olmaz. Kəbirə Məmmədovanın başçılıq etdiyi Binə, eləcə də Sədərək və digər ticarət mərkəzlərində çalışan sahibkarların sənədsiz yerlərdə işləməsi və s problemlər həll olunmalıdır”.
Daha sonra millət vəkili Tağı Əhmədovdan danışıb. O bildirib ki, T.Əhmədovun rəhbərlik etdiyi qurum metro ticarətinə yox, vaqonlarının fəaliyyətinə nəzarət etməli idi:
“O, metroda ticarət fəaliyyətinə niyə nəzarət etməli idi ki, ondan sonra gələn də bu məsələ ilə məşğul olsun?”
Z.Oruc təhsil sahəsində ciddi tədbirlərin həyata keçirilməsinə çağırıb. O bildirib ki, hər il ali məktəblərə keçid balı aşağı salınır və bu problem öz həllini tapmalıdır.
Günel