Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında qərar layihəsinə baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, bildirilib ki, Prezident İlham Əliyev Ali Məhkəməyə bir neçə hakim təyin edilməsi barədə Milli Məclisə təqdimat göndərib. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin hakimləri - İsmayıl Xəlilov, Vüqar Həsənov, Zaur Əliyev, Kəmalə Abıyeva, Abidin Hüseynovun, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri Çingiz Əsgərov, Aqil Abbаsov, Bəhram Məmmədli, Bəhman Qəribovun, Gəncə Apelyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur: “Bir sıra hakimlərin yaş həddinə çatması ilə əlaqədar 9 vakant ştat yaradılıb”.
Qərar layihəsi müzakirə edilərək səsə qoyulub.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər