Milli Məclisdə saziş mübahisəsi

milli-meclisde-sazis-mubahisesi
Oxunma sayı: 994

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" Memorandum müzakirəyə çıxarılıb.

Qafqazinfo” xəbər verir ki, memoranduma əsasən tərəflər regional təhlükəsizliyin və stabilliyin gücləndirilməsi, terrorçuluq, ekstremizm və separatçılıqla, narkotik vasitələriniqanunsuz yayılmasına, kibercinayətkarlıq və transmilli cinayətkarlığa qarşı mübarizə, mədəniyyət və tolerantlığın gücləndirilməsi sahəsində əməkdaşlıq edəcəklər.

Memorandum barədə məlumat verən Milli Məclisin Beynəlxalq imünasibətlər və parlamentlərarası əlaqədər komitəsinin sədri Səməd Seyidov deyib ki, sənədin məqsədi Azərbaycanın maraqları tam əks olunub. S. Seyidov Şanxay Əməkdaşlıq Təşkilatındakı güclərlə əməkdaşlığın vacib olduğunu bildirib:
“Azərbaycan Asiyanın maraqlarını Avropada, Avropanın maraqlarını Asiyada təmsil etməyə qadirdir”.

Millət vəkili Tahir Kərimli isə memorandum layihəsindəki bəzi maddələrə öz etirazını bildirib. Təklif edib ki, həmin maddələr yeniləşdirilsin, ya da çıxarılsın: “Görünür, dövlət başçısına bu barədə düzgün məlumat verilməyib. Ona görə də orada bizi qane etməyən məqamlar bir daha dəqiqləşdirilməlidir və onlara düzəlişlər edilməlidir”.

Millət vəkili Siyavuş Novruzov isə deputat həmkarının fikirləri ilə razılaşmayıb: “Bu sənəd bizə ölçülü- biçili qaydada göndərilib. Ona görə də bu beynəlxalq sazişi səs verib qəbul etməliyik”.

Günel Türksoy