Milli Məclisdə şəhidlərin xatirəsi yad edilib - Foto

milli-meclisde-sehidlerin-xatiresi-yad-edilib
Oxunma sayı: 1862

Milli Məclisdə şəhidlərin xatirəsi yad edilib.

Bu barədə "Qafqazinfo"ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilir.

“Bu gün saat 12.00-da Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Vətən müharibəsində böyük rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhidlərimizə Allahdan rəhmət diləyirik!”, - deyə məlumatda qeyd olunur.