Milli Məclisdən türk dövlətlərinin vahid valyutası təklifi

milli-meclisden-turk-dovletlerinin-vahid-valyutasi-teklifi
Oxunma sayı: 637

Bu barədə Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Məlahət İbrahimqızı bildirib.

"Avropa İttifaqına daxil olan ölkələr iqtisadi böhranla üzləşdikləri bir dövrdə Avropa məkanının etibarlı iqtisadi tərəfdaşı olan Azərbaycana qarşı basqılarını artır. Digər tərəfdən bir sıra iqtisadi cəhətdən geriləyən şərqi Avropa ölkələrinin Aİ-yə üzv qəbul edildiyi bir vaxtda Türkiyə kimi iqtisadi və siyasi güc mərkəzinin həmin quruma üzvlüyünə əngəllər törədilir. Bu, Avropanın türkdilli ölkələrə qarşı ikili standartlarla yanaşdığının göstəricisidir. Avropanın dini və yaxud digər ortaq dəyərlərə söykənən təəssübkeşliyini nəzərə alaraq, tarixi kökləri, mədəniyyəti ilə bir-birinə bağlı olan türk dövlətlərinin iqtisadi birliyinin yaradılması vacibdir", - İbrahimqızı deyib.

Onun sözlərinə görə, hazırda istər Azərbaycan, istər Türkiyə, Qazaxıstan, Türkmənistan, istərsə Özbəkistan, Qırğızıstanın kifayət qədər iqtisadi gücü və potensialı var.

"Türkdilli dövlətlər vahid bir iqtisadi güc kimi öz mövqeyini dünyaya bildirməlidir", - İbrahimqızı deyib.

Deputat TÜRKPA, TÜRKSAM kimi qurumların günü-gündən güclənərək türkdilli dövlətlərin əlaqələrinin genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Məlahət İbrahimqızı eyni zamanda qeyd edib ki, türkdilli ölkələrin vahid ticarət zonasının və valyutasının yaradılması üçün xeyli iş görülməlidir.