Milli Məclisin 2018-ci ildə ilk iclasının vaxtı məlum oldu

milli-meclisin-2018-ci-ilde-ilk-iclasinin-vaxti-melum-oldu
Oxunma sayı: 1612

Azərbaycan Milli Məclisinin 2018-ci ildə ilk plenar iclasının və komitələrin tətildən qayıtma tarixi müəyyənləşib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, yaz sessiyasında MM-in ilk plenar iclası fevralın 1-də baş tutacaq.
 
Parlamentin komitələri isə tətildən yanvarın 5-dən etibarən qayıdacaq, iclaslara isə yanvarın 10-dan etibarən başlanacaq.