Milli Məclisin 80-dən çox əməkdaşı işdən çıxarılıb

milli-meclisin-80-den-cox-emekdasi-isden-cixarilib
Oxunma sayı: 2735

“Milli Məclisdə struktur islahatları davam etdirilir”.

"Qafqazinfo" xəbər verir ki, bunu APA-ya açıqlamasında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Mehman Qaibov deyib.

O bildirib ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının 40-dan çox əməkdaşı işdən çıxarılıb: “Bir o qədər əməkdaş da İşlər İdarəsində tutduğu vəzifədən azad edilib”.

M. Qaibov deyib ki, bəzi ştatlar ləğv olunub, bəzi şəxslərin isə vəzifələri dəyişdirilib.