Milli Məclisin gündəliyinə 27 məsələ daxil edilib

milli-meclisin-gundeliyine-27-mesele-daxil-edilib
Oxunma sayı: 2558

Milli Məclisin növbəti plenar iclası aprelin 24-də keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib. 

İclasda  İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik məruzəsi dinləniləcək.

Həmçinin “Torpaq icarəsi haqqında və dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “ Ətraf mühitin mühafizəsi və ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Elm haqqında” , Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və s. qanun layihələrində dəyişiklik edilməsi məsələləri müzakirə olunacaq.

Günel Türksoy