“Milli Məclisin layihələrini mətbuatdan oxuyuruq” - Deputat

milli-meclisin-layihelerini-metbuatdan-oxuyuruq
Oxunma sayı: 1281

“Spiker və vitsi-spikerlər tibbi maska taxsın”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu deputat Aydın Mirzəzadə deyib. O, spiker Sahibə Qafarovaya müraciət edərək onun və vitse-spikerlərin tibbi maskadan istifadə etməsini təklif edib: “Dünyanın bir çox ölkələrində rəhbər şəxslər koronavirusdan qorunmaq üçün tibbi maska taxırlar”.

A.Mirzəzadə həmçinin bildirib ki, Milli Məclisin iclaslarını və qanun layihələrini mətbuatdan öyrənirlər: “Xahiş edirəm ki, bu məsələni nəzarətə götürəsiniz ki, bunlardan ilk olaraq bizim xəbərimiz olsun”.

Murad Əhməd