Milli Məclisin növbəti iclası mayın 19-da keçiriləcək

milli-meclisin-novbeti-iclasi-mayin-19-da-kecirilecek
Oxunma sayı: 860

Milli Məclisin növbəti plenar iclası mayın 19-da keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib. İclasda İnsan alverinə qarşı mübarizə üzrə  Milli Koordinatorun hesabatı dinləniləcək.

Həmçinin bir sıra qanun layihələrinə üçüncü oxunuşda baxılacaq.  İnzibati Xətalar Məcəlləsində və “Ünvanlı dövlət sosial   yardımı haqqında”  qanun layihələrinə  təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə ediləcək.

Günel Türksoy