Milli Məclisin növbəti iclasında bu 4 məsələyə baxılacaq

Milli Məclisin növbəti iclasında bu 4 məsələyə baxılacaq
Oxunma sayı: 2054

Milli Məclisin iyunun 5-də keçiriləcək növbədənkənar sessiyanın növbəti plenar iclasının gündəliyi açıqlanıb.

"Qafqazinfo"nun məlumatına görə, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

- Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında;

- Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə (birinci oxunuş);

- "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi;

- "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi" haqqında qanun layihəsi (birinci oxunuş).


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi