“Qafqazinfo”nun məlumatına görə, aprelin 9-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Koreya Respublikası Milli Assambleyasının sədri Kanq Çanq-hi, onun müavini Park Byonq-sokun, Baş nazir Çunq Honq-von, ədliyyə naziri Hvanq Kyo-an, habelə Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və Seul şəhərinin rəhbərliyi ilə görüşlər nəzərdə tutulub.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Malik Həsənov, qrupun üzvləri Rauf Əliyev, Rüstəm Xəlilov, İmamverdi İsmayılov və Sədaqət Vəliyeva daxildir.
Son xəbərlər
Son Xəbərlər