Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı

milli-meclisin-sabahki-iclasinin-gundeliyi-aciqlandi
Oxunma sayı: 2570

Milli Məclisin iyunun 1-də keçiriləcək növbədənkənar sessiyasının plenar iclasının gündəliyi açıqlanıb.

"Qafqazinfo"nun məlumatına görə, iclasın gündəliyinə ümumilikdə 1 məsələ daxil edilib. 

Belə ki, iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ikinci oxunuşda müzakirə olunacaq.

Qeyd edək ki, parlamentin növbədənkənar sessiyasının ilk plenar iclası iyunun 1-də və 2-də keçiriləcək.