Milli Məclisin sədri növbədənkənar seçkilərdən danışdı

milli-meclisin-sedri-novbedenkenar-seckilerden-danisdi
Oxunma sayı: 4525

“Düşünürəm ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Milli Məclisin yeni tərkibdə təsis edilməsinin məqsədəuyğun olması hamıya aydındır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında deyib.

Sədr qeyd edib ki, Milli Məclisin yeni çağırışının tam formalaşdırılması ölkəmiz üçün böyük əhəmiyyətli tədbirlər zamanı parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsinə şərait yaradacaq: “Digər tərəfdən beynəlxalq tədbirlərə hazırlıq işlərinin görülməsi, həmin tədbirlərin keçirilməsi ilə əlaqədar infrastruktur, nəqliyyat, eləcə də təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması da qaçılmazdır.

Bu baxımdan parlament seçkilərinin demokratik prinsiplərə uyğun şəkildə təşkil olunması, vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının təmin olunması dövlətin əsas vəzifələrindən biridir. Bütün bunları nəzərə alaraq Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar mənə müraciət edərək növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi məsələsinə baxılmasını xahiş ediblər”.

Zaur Mirzə