“Milli mentalitetimizi düşünürəm...”- - Aysel

milli-mentalitetimizi-dusunurem-
Oxunma sayı: 1972


“Yeni “Dünyam” mahnısını yazdırmışam. O mahnıya klip çəkdirəcəm. 

Murat Dalkılıçla konsertim möhtəşəm keçdi. Bizim mahnımızı duet oxuduq. İndi isə arzum Tarkan və Pitbulla duet oxumaqdır. 

Bilirsiniz ki, fotosessiya etdirməyi sevirəm. Sonuncu dəfə retro  stilində fotolarım çəkildi və bəyənildi. Növbəti dəfə daha cəsur geyimli və pozalı  fotosessiya etdirə bilərəm. Gələcəkdə hər şey ola bilər. Əslində isə çox cəsur olmağı sevmirəm. Milli mentalitetimizi də düşünürəm. Buna diqqət edirəm. Hər şey qədərində yaxşıdır”.

Əlizadə ona edilən film təkliflərindən də söhbət açıb:

“ “100 kağız” filmindən təklif gəldi, baş rolu ifa etməli idim. Vaxtım olmadığı üçün çəkilişlərə qatıla bilmədim. Özümü hər bir obrazda görürəm. Əsas odur ki, rolumu mənə düzgün başa salan olsun. Aktrisalıq bacarığım olduğunu düşünürəm. Seriallarda isə rol almaq istəmirəm,  ora sərf edəcək vaxtım yoxdur”.

Könül