Milli Musiqi günü Füzulidə qeyd olundu - Fotolar

milli-musiqi-gunu-fuzulide-qeyd-olundu
Oxunma sayı: 1441

Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibəti ilə Horadiz şəhərindəki Muğam Mərkəzində dahi bəstəkara həsr olunmuş ədəbi-bədi kompozisiya təşkil olunub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən təşkil olunan ədəbi-bədi kompozisiyada rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisələrin rəhbrələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Ədəbi-bədi kompozisiya musiqisi Ü.Hacıbəyliyə məxsus olan Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlanıb. Tədbirdə dahi bəstəkarın romanslarından hissələr oxunub, bəstəkarın “O, olmasın, bu olsun”, “Arşın mal alan” kimi musiqili komediyalarından hissələr səhnələşdirilib.

Bildirilib ki, bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur.