“Qafqazinfo”ya daxil olan məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ElmarVəliyev səyyar klinikada olub, aksiyanın gedişatı ilə maraqlanıb, müayinəyə gələnlərlə görüşüb, onların problemləri iləyaxından tanış olub. Səyyar klinikada yüksək ixtisaslı 7 həkim briqadası onlara müraciət edənlərin gözlərini diaqnostik müayinə edib, görmə qabiliyyətlərini yoxlayıb, gözdaxili təzyiqlərini ölçüb. Daha ətraflı müayinəyə və müalicəyə ehtiyacı olanların Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Klinikasına göndərilməsi tövsiyə olunub. Qeyd edək ki, günün sonuna kimi 145 nəfər müayinə ediləcək. İki gün davam edəcək aksiyada 30 xəstənin əməliyyat olunması nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər