Milli Paralimpiya komandamızdan “Tokio-2020”yə rekord lisenziya

milli-paralimpiya-komandamizdan-tokio-2020ye-rekord-lisenziya
Oxunma sayı: 1502

Milli Paralimpiya komandamız rekord sayda lisenziya ilə "Tokio-2020"də Azərbaycanı təmsil edəcək.

Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) “Qafqazinfo”ya verilən məLumata görə, atletika üzrə milli komandamızın üzvü Orxan Aslanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticə göstərərək, ölkəmiz üçün növbəti 35-ci lisenziyanı təmin edib.

Bu günədək AMPK-nın idmançıları “Tokio-2020” Yay Paralimpiya Oyunlarına artıq 35 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 11-i atletika, dördü parataekvando, dördü pauerliftinq, üçü üzgüçülük və ikisi güllə atıcılığı növündədir.

Qeyd edək ki, “Rio-2016” XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandası 22 lisenziya qazanmışdı.