Milli Paralimpiya Komitəsinə yeni prezident seçildi

milli-paralimpiya-komitesine-yeni-prezident-secildi
Oxunma sayı: 3195

Milli Paralimpiya Komitəsinin (MPK) Növbədənkənar Ümumi Yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda İlqar Rəhimovun istefası məsələsinə baxılıb və qəbul edilib.

Gündəliyə uyğun olaraq qurumun yeni prezidentinin, vitse-prezidentlərinin və İdarə Heyətinin üzvləri seçilib.

Səsvermənin nəticəsinə əsasən, Hidayət Abdullayev Komitənin yeni Prezidenti, İlham Zəkiyev və Fuad Hacıyev vitse-prezidentlər, Jalə Əhmədova və Ramilə Mahmudova isə İdarə Heyətinin üzvləri seçiliblər.