Milli Parkda baş verən yanğın söndürülüb

milli-parkda-bas-veren-yangin-sondurulub
Oxunma sayı: 827


“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ. İbrahimova qeyd edib ki, Hirkan Milli Parkının Haftani Meşəbəyiliyinin 23 saylı dolayında meydana gələn yanğın nəticəsində 1 hektar əraziyə ziyan dəyib. ETSN-in və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikasının səyi nəticəsində yanğının qarşısı alınıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.