Milli parklarımızdan yaz görüntüləri - Fotolar

milli-parklarimizdan-yaz-goruntuleri
Oxunma sayı: 8211

Yaz fəsli Azərbaycan təbiətində xüsusi rəngarənglik yaradır. Bu gözəllikləri ölkənin bütün bölgələrini əhatə edən milli parklarımızda da görmək mümkündür.  

"Qafqazinfo" xəbər verir ki, Qərb bölgəsinə səyahət etsəniz, Kəpəz dağının ətəyində bir-birindən gözəl göllərin əhatəsində yerləşən Göygöl Milli Parkındakı füsunkar mənzərənin şahidi olacaqsınız.

Şimalda və şimal-qərbdə Şahdağ Milli Parkının dağlıq və dağətəyi landşaftında xüsusi zövq yaradan göllər və dağ çiçəkləri diqqət çəkir. Şahdağın yaz mənzərəsi bu ərazinin yeni sakinləri olan zubrlarla daha cəlbedici görünür.

Azərbaycanın cənub hissəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı da yaşıl örtüyə bürünüb.   

Bu yaz Abşeron yarımadasının ən ucqar nöqtəsinə- Abşeron Milli Parkına da  özünəməxsus gözəllik gətirib. Qırmızı, sarı, təbiətin rəng axarı...

Altıağac Milli Parkının meşəlikləri və çəmənlikləri də yaz peyzajı ilə göz oxşayır.

Ağgöl Milli Parkının düzən əraziləri lalələrlə qırmızı xalıya bənzəyir, bu mənzərə təbiətə daha da gözəllik qatıb.

Xəzər dənizini sıx meşələrlə birləşdirən Azərbaycandakı yeganə ərazi olan Samur-Yalama Milli Parkının da öz gözəlliyi var. 

Təbiətin oyanışı ölkənin ən böyük ornitoloji məkanı kimi tanınan Qızılağac Milli Parkında daha gözəl mənzərə yaradıb.

Ceyranlar oylağı Muğan düzünün yaz gözəlliklərini Şirvan Milli Parkında axtarın.