“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında "Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev deyib. O, Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın təhsil haqqını ödəmədiyi üçün dövlət imtahanına buraxılmaması ilə bağlı yayımlanan məlumata münasibət bildirib. Rektor tələbənin kəsirlərinin olduğu üçün imatahana buraxılamdığını iddia edib: "Əvvəla onu deyim ki, bizim universitetdə "Beynəlxalq münasibətlər” fakültəsinin illik ödənişi 4000 AZN-dir. Onlar ABU-da "köçürmə” ilə bizə gəldikləri üçün onlara güzəşt edilib və 2000 AZN ödəniş istənilir. Mən çalışıram ki, hamıya hörmət edim. Əgər tələbə digər imtahanlarında kəsiri varsa, o zaman onun Milli Qəhrəman qızı olması bizim üçün fərq etmir. Ola bilsin ki, onun kəsirləri olduğu üçün dövlət imtahanına buraxılmayıb. Mən bu məsələni araşdıracam”.
Son xəbərlər
Son Xəbərlər