Milli Qəhrəmanın oğlu Avropa çempionu oldu - Video

milli-qehremanin-oglu-avropa-cempionu-oldu
Oxunma sayı: 2944

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda yerli Dariuş Popileklə qarşılaşıb.

Rəqibini məğlub edən Məhərrəmov qızıl medal qazanıb.