Milli qəhrəmanın xatirəsi anıldı

milli-qehremanin-xatiresi-anildi
Oxunma sayı: 861

Martın 17-də Əsgər Əliyevin adını daşıyan “Dostluq” mədəniyyət və istirahət parkında Lənkəran ŞİH-nin təşkilatçılığı ilə anım tədbiri keçirildi. Tədbirdə qəhrəmanın ailə üzvləri, rayon ictimaiyyəti, müharibə veteranları və oxuduğu Ləj kənd tam orta məktəbinin pedaqoji və şagird kollektivi iştirak edirdi.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Milli Qəhrəmanın şərəfli ömür yolu bir daha xatırlanıb. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Əsgər Əliyevin büstü önünə təzə-tər qərənfil dəstələri düzüb, atası Hacı Ələkbər Əliyevə dərin hüznlə başsağlığı verib.

Əsgər Ələkbər oğlu Əliyev 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1982-1990-cı illərdə Ləj kənd orta məktəbində təhsil alıb. Sonra təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank artilleriya fakültəsində davam etdirib. O, 17 mart 1995-ci il tarixdə Bakıda dövlət çevirilişinə cəhd edənlərə qarşı Milli Ordunun sıralarında hərbi əməliyyatlarda iştirak edib və qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə Əsgər Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı “ adı verilib.