Milli Qurtuluş Günü Şamaxıda da qeyd olundu - Fotolar

milli-qurtulus-gunu-samaxida-da-qeyd-olundu
Oxunma sayı: 1588

YAP Şamaxı rayon təşkilatında Milli Qurtuluş Gününə həsr olunmuş “Milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Rayon ictimaiyyəti, idarə-müəssisə rəhbərləri və gənc partiya üzvlərinin iştirakı ilə keçirilən tədbir Qurtuluş Gününə həsr olunmuş filmin nümayişi ilə başlayıb.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və digər rəsmi şəxslər tədbirdə çıxışları zamanı hər il təntənə ilə qeyd etdiyimiz 15 İyunun ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasının milli dövlətçilik quruculuğunda ictimai, siyasi və tarixi əhəmiyyətindən danışıblar.