Milli Qvardiya döyüşçülərinin Vaşinqtonda qalma müddəti açıqlandı

milli-qvardiya-doyusculerinin-vasinqtonda-qalma-muddeti-aciqlandi
Oxunma sayı: 1788

ABŞ Milli Qvardiyasının azı 5 min döyüşçüsü martın ortalarına qədər Vaşinqtonda qalacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ordu (quru qoşunları) naziri vəzifəsini icra edən Con Uitli bildirib. Onun sözlərinə görə, Prezident Co Baydenin andiçməsindən sonra şəhərdə bir müddət təhlükəsizliyi qorumaq lazımdır:

“Milli Qvardiyadan qarşıdakı həftələrdə təxminən 7 min döyüşçü ilə federal hüquq mühafizə orqanlarını dəstəkləməyə davam etmələri istənildi. Bu rəqəm, ehtimal ki, martın ortalarınadək 5 minə enəcək”.