Milli Şuranın mitinqi Azərbaycanın dövlət himni ilə başlayıb. Daha sonra Binəqədi rayonundakı yanğın qurbanları, mərhum müsavatçı Nərgiz Yaqublu və intihar etmiş Qarabağ qazisinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mitinqə AXCP sədri Əli Kərimli, “Azadlıq” qəzetinin baş redaktoru Rahim Hacıyev, Milli Şuranın sədri Cəmil Həsənli də qatılıb və çıxış ediblər.
Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, saat 15.30-dan 16.30-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 400 (dörd yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Fotolar: Meydan TV
Son xəbərlər
Son Xəbərlər