Bu barədə “Qafqazinfo”ya MŞ-nın Mətbuat Xidmətinin rəhbəri Oqtay Gülalıyev məlumat verib. O bildirib ki, Milli Şura iclaslarında mitinqlə bağlı müzakirələr aparır: “Mitinq üçün təklif edilən tarixlərdən biri mayın 3-dür. Amma bu barədə hələ ki rəsmi qərar qəbul edilməyib. Qərar Koordinasiya Şurasının növbəti iclasında müəyyənləşəcək. Bu dəfəki mitinqin də şüarı “Talana və yalana son” , “Siyasi məhbuslara azadlıq” olacaq. Eyni zamanda “Azad seçki mühitinin yaradılması” şüarı da səsləndirilməlidir”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər