Milli Şura seçkilərlə bağlı qərar verdi

milli-sura-seckilerle-bagli-qerar-verdi
Oxunma sayı: 2430

Milli Şura 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı qərarını verib. 

“Qafqazinfo” xəbər verir ki, seçki ilə bağlı qurum sənəd qəbul edib. Sənəddə bildirilir ki, Demokratik Qüvvələrin Milli Şurası bu il, noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı hələ avqustun 19-da hesabat yayaraq, ölkədə seçkiqabağı mühitin olmadığını, mövcud siyasi şərait və seçki prosesini tənzimləyən hüquqi normaların rəqabət şəraitində, azad və ədalətli seçkilərin keçirilməsinə imkan vermədiyini göstərmiş və vəziyyəti dəyişmək üçün hakimiyyət qarşısında tələblər irəli sürüb: “Milli Şura parlament “seçkiləri”ni legitimləşdirmək üçün vasitə olmaqdan və seçki imitasiyasında iştirakdan imtina edir”.