Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib. O, Milli Şuradakı gərginliyin parlament seçkiləri ilə əlaqələndirilməsinə də münasibət bildirib: “Hansısa məsələ ilə bağlı indidən mülahizə yürütmək istəməzdim. Hər bir partiyanın maraqları var. Məsələn, hansısa partiyalar fəaliyyətlərini Milli Şurada davam etdirə bilərlər, hansılarsa düşünə bilər ki, Milli Şura onların koorporativ maraqlarına uyğun deyil. Yəni burada partiyanın maraqları əsas götürülür. Bu barədə geniş danışmaq istəmirəm. Fakt odur ki, bəzi partiyalar Milli Şuradan çıxıblar”.
Q. Əlibəyli Milli Şuranın fəaliyyətinin davam etdirilməsinin vacib olduğunu qeyd edib. Partiya sədri Cəmil Həsənlinin Milli Şura üzvləri ilə keçirdiyi görüşlərdə iştirak etmədiyini bildirib: “Cəmil Həsənli ilə görüşlərdə iştirak etmirəm. Fərd olaraq, Milli Şurada təmsil olunduğuma görə belə görüşlərə ehtiyac görmürəm”.
Son xəbərlər
Son Xəbərlər