“Milli Şuradan kim çıxdı, kim gəldi, məni maraqlandırmır”

milli-suradan-kim-cixdi-kim-geldi-meni-maraqlandirmir
Oxunma sayı: 1396


Onun fikrincə, bu olsa-olsa yalnız Milli Şuranın fəaliyyətinə təsiri edəcək: “Mənim üçün Milli Şura deyilən bir təşkilatın mövcud olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Ona görə də, Milli Şuradan kim çıxdı, kim gəldi, məni maraqlandırmır. Bu, mənim üçün qeyri-ciddi məsələdir”. 

İ.Ağazadə onu da qeyd edib ki, Müsavat Partiyası Milli Şuradan divident əldə etmək istəyirdi: “Bu partiya düşünürdü ki, Milli Şuraya üzv olmaqla onun xeyrinə dəyişiklik olacaq. Bu gün isə bunun xeyrinin olmadığını görüb, Şura üzvlüyündən geri çəkilirlər. Bu gedişin Müsavatın fəaliyyətinə də hər hansı təsirinin olacağını da düşünmürəm. Mövcud vəziyyət yalnız Milli Şuranın mövcudluğuna təsir göstərə biləcək”.