“Qafqazinfo”ya daxil olam məlumata görə, iclasda Milli Şuranını sədri Cəmil Həsənli ötən müddət ərzində qurumun qəbul etdiyi qərarların icra vəziyyəti barədə məlumat vermiş, “Sovetski” sakinlərinin mülkiyyət hüquqlarının müdafiəsi, BDU tələbələrinə dəstək, araşdırmaçı- jurnalsit Xədicə İsmayılılova qarşı təzyiqləri pisləyən bəyanatın qəbul edilib yayıldığını, həmçinin Avropaya inteqrasiya mövzusunda ictimai dinləmənin keçirildiyini bildirib. O eyni zamanda Ukrayna xalqının azadlıq və demokratiya ugrunda apardığı mübarizəyə Milli Şuranın dəstəyini ifadə edən mövqeyin bildirildiyini, həmçinin AXCP binasının hakimiyyət tərəfindən partladılıb söküldüyünə kəskin etiraz olunduğu açıqlamanın da yayıldığını qeyd edib.
AXCP- nin icarəyə götürdüyü mənzil- qərargahın partladılması və sonradan partiyanın ofisdən zorla çıxarılaraq sökülməsi ilə bağlı məsələ iclasda geniş müzakirə edilib. AXCP sədri Əli Kərimli Avropa Birliyinin Bakıdakı ofisində Qərb diplomatları ilə keçirilən görüş haqqında danışdı. O bildirdi ki, partiyanın qərargahının partladılması və sökülməsi, eləcə də ölkədəki ictimai- siyasi vəziyyətin müzakirə mövzusu olan görüşdə Avropa Birliyi, ABŞ, Almaniya, İngiltərə, Fransa, Belçika, Norveç, İsveç, Polşa , Xovatiya, Latviya və Litvanın səfirləri və ya nümayəndələri iştirak edib.
Son xəbərlər
Son Xəbərlər