Milli Şuranın mitinqi başa çatdı- - Fotolar

milli-suranin-mitinqi-basa-catdi-
Oxunma sayı: 3412


“Qafqazinfo”nun virtual.org-a istinadən məlumatına görə, mitinq “Talana son!” şüarı altında davam edir. Mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Saat 15:00-da keçmiş “Məhsul” stadionunda (“İnşaatçılar” metronun yanında) başlayan aksiya barədə Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya xəbərdarlıq edib.

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov razılaşdırılmış mitinqində hər hansı təxribatın baş verməsinə imkan verilməyəcəyini deyib:

“Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cavab verəcəklər”.

***

Musavat.com-un məlumatına görə, sonda mitinqin qətnaməsi səsləndirilib. Qətnamədə ilk olaraq manatın qəfil ucuzlaşmasının nəticəsində xalqa dəymiş ziyanın kompensasiya edilməsi tələb edilib. Həmçinin, maaşların, pensiyaların azı 30-40 faiz artırılması, korrupsiya və monopoliyanın durdurulması, bank kreditlərinin faizlərinin aşağı salınması, sahibkarlara qarşı təzyiqin dayandırılması tələb olunub. Eyni zamanda, Qarabağ qazilərinə qanunvericilikdə nəzərdə tutulan qan pulunun ödənilməsi, seçki islahatının aparılması, siyasi məhbusların azad edilməsi və Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması da tələblər arasındadır.