“Milli Şuranın son mitinqi də göstərdi ki...” - - Rəy

milli-suranin-son-mitinqi-de-gosterdi-ki-
Oxunma sayı: 2749


Müstəqil ekspert Əlabbas Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında Milli Şuranın son mitinqini hakimiyyət-müxalifət münasibətlərinin inkişafı baxımından şərh edib: “Müxalifətdəki bəzi qüvvələrin artıq başlanmış hakimiyyət-müxalifət dialoquna qeyri-obyektiv yanaşmasından asılı olmayaraq, bu prosesin getdikcə inkişaf etdiyi müşahidə olunur. AXCP-nin timsalında müxalifətin Milli Şurada bir araya gəlmiş hissəsi hələ ki radikal mövqeyini dəyişməyərək, özünü real dialoq prosesindən kənara saxlamağa üstünlük verir. Amma Milli Şuranın son mitinqi göstərdi ki, onun seçdiyi radikal mövqe ictimai dəstək qazanmamaqla yanaşı, həm də bu qurumun imkanlarına adekvat deyil. Hər halda, mitinqin təşkilatçılarının vəd etdikləri “on min iştirakçı”nın heç onda biri də meydanda yox idisə, buna başqa cür qiymət vermək mümkün deyil. O baxımdan, bu aksiya bir daha nümayiş etdirdi ki, ölkədə siyasi konsensusa nail olmağın yolu dialoqdan keçir”.